Şabranda ağır yol qəzası olub

14 Avqust 2022 10:25 (UTC+04:00)

Bu gün Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın şimal bürosunun xəbərinə görə, hadisə Şabran-Çuxurəzəmi yolunda qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.