Türkiyədə güclü zəlzələ baş verib

14 Avqust 2022 09:06 (UTC+04:00)

Türkiyədə zəlzələ baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar İzmirin Menderes rayonunda 5 bal gücündə hiss edilib.

Zəlzələ Yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Kuşadası körfəzi sahilində yerləşən şəhərdə böyük ölçüdə hiss edilən zəlzələnin fəsadları barədə məlumat verilməyib.