Deyirsən, rusların “qara günləri” hələ qabaqdadır..?

14 Avqust 2022 06:42 (UTC+04:00)

“Algo Capital” şirkətinin baş risk-meneceri Vitali Manjos, payızda rublun dollara nisbətdə ucuzlaşacağını proqnozlaşdırır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

o, “Prime” agentliyinə öz fərziyyələrini açıqlayıb.

Manjosun sözlərinə görə, bu, bir neçə səbəbə görə baş verə bilər, xüsusən də neftin qiymətinin aşağı düşməsi və yeni fiskal qaydanın tətbiqi ilə əlaqədar.

“...Lakin belə bir ehtimalı Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsinin gözlənilən daha da azaldılması ilə əlaqələndirmək düzgün olmaz”- deyən risk-menecer “Bu model xarici investorların Rusiya maliyyə bazarına sərbəst çıxışı, habelə aktivlərin dondurulması riski olmadan vəsaitlərin çıxarılması imkanı ilə işləyir”-deyə əlavə edib.

Amma ekspert hazırda bunun Rusiyada baş vermədiyini də etiraf edib.

Manjos vurğulayıb ki, indi Rusiya valyutasının dinamikasını proqnozlaşdırmaq demək olar ki, mümkün deyil. Onun sözlərinə görə, karbohidrogen xammalının yüksək dünya qiymətləri və xarici malların idxalında ortamüddətli azalmanın davam etməsi ona kömək edə bilər. Risk meneceri onu da bildirib ki, texniki mənzərəyə əsaslanaraq, yaxın bir neçə həftə ərzində dollar 55-68 rubla başa gələcək.

“Çox mühüm iqtisadi və ya xarici siyasət xəbərləri bu dəhlizdən çıxmaq üçün səbəb ola bilər”.

Bunu da ekspert bildirib.

Yeri gəlmişkən, bu il iyulun sonunda analitiklər 2022-ci ilin sonuna qədər rublun bir dollar üçün 70,1 rubla düşəcəyini proqnozlaşdırmışdılar. Onlar bildiriblər ki, buna digər məsələlərlə yanaşı, Maliyyə Nazirliyinin planlaşdırdığı dost dövlətlərin valyutalarının alışı da kömək edəcək.

Ağasəf Babayev