ABŞ Əfqanıstana 150 milyon dollar ayırır

14 Avqust 2022 04:27 (UTC+04:00)

Amerika Birləşmiş Ştatları BMT-nin üç qurumu vasitəsilə Əfqanıstana 150 milyon dollar yardım edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Tomas Uest bildirib.

“Biz Əfqanıstandakı iqtisadi böhranı aradan qaldırmaq üçün səylə çalışırıq. 150 milyon dollar ərzaq təhlükəsizliyi probleminin həllinə, əfqan uşaqlarının məktəbdə qalmasına və qadınların və qızların səlahiyyətlərinin artırılmasına kömək edəcək”, – Uest açıqlamasında bildirib.