Xerson vilayətində rusların üç bazası və üç anbarı məhv edilib

14 Avqust 2022 03:02 (UTC+04:00)

“...Xerson vilayətində rus işğalçılarının üç bazası və üç sursat anbarı məhv edilib”.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Telegram”da Odessa Regional Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk məlumat verib.

Gün ərzində “ordun demilitarizasiyası”nın davam etdiyini deyən administrasiya spikeri digər məlumatları da dəqiqləşdirdiklərini bildirib.

Beləliklə, onun dediyinə görə, avqustun 13-də hərbi müxbir Andrey Tsaplienko rus işğalçıları tərəfindən tutulan Nova Kaxovkada rusların anbara çevirdikləri elektromexaniki zavodda güclü partlayışların baş verdiyini bildirib.

Jurnalist əlavə edib ki, hücuma məruz qalan obyekt Ukrayna ordusu tərəfindən partladılıb.

Kremlin Ukraynaya qarşı genişmiqyaslı müharibəni guya “demilitarizasiya” və “denazifikasiya” üçün “xüsusi əməliyyat” adlandırdığını deyən jurnalist bu əməliyyat zamanı düşmənə layiqli cavab verildiyini və onun 43 əsgərinin məhv edildiyini bildirib.

Ağasəf Babayev