‘‘İndiyәdәk Ukraynaya mәxsus 4 293 tank vә zirәhli texnika mәhv edilib’’

14 Avqust 2022 00:14 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, müharibə başlayandan bəri Ukrayna ordusuna məxsus 4293 tank və zirehli texnika məhv edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, İqor Konoshenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.

Ukrayna Silahlı Qüvvələrinin 14-cü Mexanikləşdirilmiş Briqadasının itkilərinin 2000-dən çox olduğunu deyən Konaşenkov Mikolayev bölgәsindәki 28-ci Mexanikləşdirilmiş Briqadanın müvəqqəti mövqelərinə yüksək dəqiqlikli silahlarla hücum zamanı 100-ə yaxın əsgər və 9 hərbi texnikanın məhv edildiyini qeyd edib.

İqor Konaşenkov Donetsk vilayətində 58-ci motoatıcı briqadanın 40 əsgərinin və 5 avtomobilin məhv edildiyini, Rusiya qüvvələrinin Ukraynadakı hərbi obyektlәrә qarşı hücumlarını davam etdirdiyini bildirib.

Son 24 saatda Ukrayna ordusuna aid 5 idarəetmə mərkəzi, 6 sursat anbarı və yanacaq çəninin məhv edildiyini qeyd edən İqor Konaşenkov Donetsk bölgәsindә ABŞ-ın Ukraynaya göndərdiyi “AN/MPQ-64” radar stansiyasının vurulduğunu ifadә edib.

Ukrayna ordusuna aid 5 pilotsuz uçuş aparatının vurulduğunu bildirən Konaşenkov deyib: "Nova Kahovka şəhəri yaxınlığında 2 ədəd HİMARS reaktiv yaylım atəşi sistemi vurulub".

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi deyib: ‘‘Bu günə qədər Ukraynaya mәxsus 267 təyyarə, 146 helikopter, 1 732 pilotsuz uçuş aparatı, 365 hava hücumundan müdafiə sistemi, 4 293 tank və zirehli texnika, 797 reaktiv yaylım atəşi sistemi, 3 290 haubitsa və minaatan, 4844 xüsusi təyinatlı texnika mәhv edilib’’.