Çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub

13 Avqust 2022 23:32 (UTC+04:00)

Avqustun 13-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” və ”Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.