Qorkini də sökdülər, amma hələlik büstünü...

13 Avqust 2022 22:16 (UTC+04:00)

Ukraynanın Kirovqrad vilayətindəki İsgəndəriyyə şəhərində sovet –proletar yazıçısı Maksim Qorkinin büstünü söküb yerlə bir ediblər.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, büst rayon mərkəzindəki məktəblərdən birinin həyətində qoyulubmuş. SİA bu barədə rus saytlarına istinad edir.

Sökülən abidə şəhər rəhbərliyinin növbəti qərarına qədər saxlanılacaq.

Bundan əvvəl Xarkovda Kiyevin Böyük Hersoqluğunun komandiri, Rus Pravoslav Kilsəsinin müqəddəsi Aleksandr Nevskinin abidəsi sökülmüşdü. Abidənin qalıqları ən yaxın poliqona aparılıb. Qeyd edək ki, abidə 2004-cü ildə Xarkovun 350 illik yubileyinin qeyd edilməsi zamanı ucaldılmışdı.

Sonradan ukraynalılar (açığa düşüb) Xarkovda Sovet İttifaqının marşalı Georgi Jukovun (...deyim ki, ona lap haqq ediblər, çünki çox qəddar adam olub-A.B.) büstü sökülüb.

Maraqlıdır ki, bu faktla bağlı Rusiya Federasiyasında cinayət işinə başlanılsa da, gördüyünüz kimi ukraynalılar sökə-sökə gedirlər...

Ağasəf Babayeb