Bədii gimnastika komandamızdan İslamiadada qızıl medal

13 Avqust 2022 19:52 (UTC+04:00)

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Zöhrə Ağamirova, Alina Gözəlova və İlona Zeynalovadan ibarət Azərbaycanın bədii gimnastika komandası 4 hərəkətin cəmində 252.300 xal toplayaraq İslamiadanın qalibi olub.