"Ronaldo “Mançester Yunayted”ə qayıtdığına görə peşmandır"

13 Avqust 2022 18:54 (UTC+04:00)

Niderland millisinin sabiq yarımmüdafiəçisi Ruud Qullit "Mançester Yunayted"ın hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, portuqaliyalı oyunçu ilə bağlı deyib: “Düşünürəm ki, Ronaldo “Mançester Yunayted”ə qayıtdığına görə peşmandır. Kriştiano bunu demir, amma o, keçmişin xoş xatirələrinə görə bu kluba qayıtmışdı. İşlərin yaxşılaşacağını gözləyirdi. Kriştiano bütün tənqidçilərin ağzını bağlamaq istəyir, hələ də bu missiyanı yerinə yetirir".

Xatırladaq ki, Ronaldo 2021-ci ilin yayında “Mançester Yunayted”ə qayıdıb.