Azərbaycanda ictimai iaşə dövriyyəsi 1,5 dəfə artıb

13 Avqust 2022 13:40 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,5 dəfə artaraq 792,6 milyon manat olub. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,8 %-i hüquqi şəxslərin, 50,2 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 47,5 % artaraq 391,9milyon manat olub.