ÜST meymunçiçəyinin iki variantına yeni adlar verib

13 Avqust 2022 05:51 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri meymunçiçəyi virusunun iki variantının yeni adları ilə bağlı razılığa gəliblər.

SİA Trend-ə istinadən xəbər verir ki, bu barədə ÜST-nin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, sözügedən virusun Mərkəzi Afrika növü (variantı) bundan sonra "klad I", Qərbi Afrika növü isə "klad II" olaraq adlandırılacaq.