Stiven Siqalın oğlu ruslara münasibətindən danışıb

13 Avqust 2022 04:56 (UTC+04:00)

Məşhur Hollivud aktyoru Stiven Siqalın oğlu Dominik sevgilisi, müğənni Anastasiya İVKA-nın ad gününə Moskvaya gəliblər. Tədbirdə aktyor, jurnalistlərə Rusiyaya, onun xalqına və memarlığına olan sevgisini etiraf edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Moskovski Komsomolets” yazır.

Dominik bəyan edib ki, o, Moskva muzeylərinə baş çəkməyi, müxtəlif memarlıq nümunələrini araşdırmağı və başqa görməli yerləri görməyi xoşlayır.

Qeyd edık ki, Siqalın oğlu rus qadınlarının onun diqqətini cəlb etdiyini də bildirib: çünki onlar “ailə qurmağa yönəlmiş və güclü şəxsiyyətlərdir”.

Dominikin sözlərinə görə, o, hələ evlənməyi planlaşdırmır, lakin rus qızları da daxil olmaqla, belə bir fürsəti rədd də etmir. Bununla yanaşı, o Rusiyada qalmaqda maraqlıdır.

Ağasəf Babayev