Əlcəzairdən İstanbula uçuşların sayı artırılıb

12 Avqust 2022 23:41 (UTC+04:00)

Əlcəzairin paytaxtı başda olmaqla Annaba, Konstantin və Vahran (Oran) şəhərlərindən İstanbula həftəlik uçuşların sayı 7-dən 14-ə yüksəldilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nəqliyyat Nazirliyindən verilən yazılı açıqlamaya görə, İstanbula uçuş sayları prezident Əbdülməcid Tebbunun hava nəqliyyatını inkişaf etdirmək qərarı çərçivəsində artırılıb. Nazirliyin açıqlamasında həmçinin qeyd edilib ki, Tunis və Qətərə də uçuşlar artırılacaq. Kot-d’İvuar, Burkina Faso, Niger və Maliyə uçuşlar təşkil ediləcək. Seneqala isə əlavə uçuş həyata keçiriləcək Prezident Tebbun iyulun 31-də verdiyi açıqlamada Türkiyənin Əlcəzairdə sərmayə yatıran mühüm ölkələr arasında iştirak etdiyini vurğulayıb.