Şeyx Rəhimullah Hakkani öldürüldü

12 Avqust 2022 20:23 (UTC+04:00)

Taliban müvəqqəti hökumətinin sözçüsü Bilal Kərimi sosial media hesabında paylaşdığı açıqlamada Hakkaninin bombalı hücum nəticəsində öldürüldüyünü təsdiqləyib və hadisəni kədərlə qarşıladığını bildirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Əfqan mediası isə Hakkaninin paytaxt Kabildə yerləşən Hakkani qruplaşmasına məxsus mədrəsədə olduğu əsnada həyata keçirilən intiharçı hücumu nəticəsində öldüyünü bildirib.

Terror təşkilatı DEAŞ isə Şeyx Rəhimullah Hakkaniyə qarşı həyata keçirilən intihar hücumuna görə məsuliyyəti üzərinə götürüb.