Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların SAYI

12 Avqust 2022 16:40 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 733 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, üç və daha çox doza vaksin vurduranların sayı 1 070, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 208 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 836 046, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 674, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 378, üç və daha çox doza vaksin vurduranların sayı 3 350 213, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 781 təşkil edir.