Şuşanın virtual təbliği məqsədi ilə sayt yaradılacaq FOTOLAR

12 Avqust 2022 16:27 (UTC+04:00)

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şuşa Virtual Təbliğat Mərkəzi” adlı layihənin icrasına başlayıb. Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilovun yknews.az-a verdiyi məlumata əsasən, layihə çərçivəsində Şuşa rayonunun virtual təbliği məqsədi ilə sayt yaradılacaq. Yaradılmış sayt bir neçə dildə fəaliyyət göstərəcək. Saytda Şuşa şəhərinin tarixi, faktlar, bütün tarixi-mədəniyyət abidələri, tarixi özündə əks etdirən eksponatları, Şuşa rayonunda yazıb yaratmış tarixi şəxsiyyətlər, vitual kitabxana, muzey, foto-qalereya, Şuşa haqqında çəkilmiş sənədli filmlər, videoçarxlar, erməni faşizminin Şuşa şəhərində yaşayış və qeyri-yaşayış binalarına və eləcə də təbiətinə vurduqları ziyan, iqtisadiyyat, statistika, işğaldan sonra Şuşa şəhərinin bərpası istiqamətində görülmüş işlər haqqında və böyük qayıdış ərəfəsində şuşalıların fikirləri və Şuşa rayonuna qayıdışdan sonrakı görəcəkləri işlər haqqında məlumatlar öz əksini tapacaqdır. Sayt, eyni zamanda, istiqamət üzrə gündəlik xəbərləri də yayımlayacaq. Bundan əlavə Şuşa haqqında sənədli film də layihə çərçivəsində hazırlanacaq.