ABŞ-ın Havay adasında kolluqda baş verən yanğın indiyədək 9800 hektar ərazini ağuşuna alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğının söndürülməsi davam edir.
ABŞ-ın Havay adasında 7 min əhalisi olan Vaykoloa qəsəbəsində baş verən yanğın davam edir.
Alov evlərə təhlükə yaratmasa da, güclü külək və quru hava yanğınsöndürənlərin yanğına nəzarətini çətinləşdirir. Ümumilikdə 33 yanğınsöndürən, 7 helikopter və tikinti texnikası alovların söndürülməsinə davam edir. ABŞ ordusu da bu işə dəstək verib.