İraqda əyləncə parkında qondol aşıb

12 Avqust 2022 13:38 (UTC+04:00)

İraqın Süleymaniyyə şəhərindəki əyləncə parkında bədbəxt hadisə baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qondolun qırılması səbəbindən baş verən qəza nəticəsində 14 nəfər yaralanıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanıldığı bildirilib. Verilən açıqlamada yaralıların vəziyyətinin ağır olmadığı qeyd edilib.