"Oyun kifayət qədər ağır oldu"

12 Avqust 2022 05:56 (UTC+04:00)

"Rapid"in baş məşqçisi Ferdinand Feldhofer Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"yə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra mətbuat konfransı keçirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, matçın kifayət qədər ağır olduğunu deyib:

"Bakıdakı görüşə zəif başlamışdıq. Evdə öz gücümüzü hiss etdirdik. Qarşılaşma kifayət qədər qəliz alındı. Bir neçə epizodda topu dirəyə vurduq. Növbəti raundda "Vaduts"la qarşılaşacağıq. Rəqibi ilk matçdan sonra analiz etmişik. Qarşımıza qoyulan hədəflərə çatmağa çalışacağıq”.