"Neftçi" Konfrans Liqasında mübarizəni dayandırdı

12 Avqust 2022 01:46 (UTC+04:00)

Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

SİA Qol.az-a istinadən xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Neftçi” də cavab oyununa çıxıb.

"Ağ-qaralar" Avstriyada “Rapid”lə üz-üzə gəlib. Bakıda 2:1 hesablı qələbə qazanan Bakı klubu cavab görüşündə 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb

Qeyd edək ki, bu mərhələni keçən "Rapid" pley-offda “Vaduts”la qarşılaşacaq. Pley-off avqustun 18-də və 25-də keçiriləcək.

11 avqust

Konfrans Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:30. “Rapid” (Avstriya) – “Neftçi” (Azərbaycan) - 2:0

Qol: Qrüll, 67, Druif, 113
Baş hakim: Rahit Saqqi (Norveç)
Vyana. “Veststadion”
İlk oyun – 1:2