Azərbaycanda neft hasilatının həcmi açıqlanıb

11 Avqust 2022 17:20 (UTC+04:00)

İyulda gündəlik xam neft hasilatı 549,9 min barrel olub.

Bu barədə SİA-ya Energetika Nazirliyindən məlumat verilib.

"2022-ci ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 659 min barrel olub. Bunun 549,9 min barrelini xam neft, 109,1 min barrelini isə kondensat təşkil edib", - açıqlamada qeyd olunur.