Sosial Sahibkarlıq nədir və buna necə başlamaq olar? - ARAŞDIRMA

11 Avqust 2022 11:12 (UTC+04:00)

Sahibkarlıq pul müqabilində, qazanc əldə etmək və biznesi genişləndirmək üçün həyata keçirilir. Bu fəaliyyətində əsas məqsəd mənfəət əldə etməkdir.

Sosial sahibkarlıq nədir? Bu, əsas məqsədi sosial problemin həllinə kömək etmək olan bir işin yaradılmasıdır.

Sosial sahibkarlar biznesə başlayırlar, çünki onlar sosial problemlərin həlli yollarını tapmaq və öz biznes təşəbbüsləri vasitəsilə müsbət dəyişikliyə və ya sosial təsirə təsir etmək arzusuna malikdirlər.

Dünyadakı insanlar biznesdə davamlılığın və bir-birimizə və ətraf mühitə necə təsir etdiyinə dair etik həllərin zəruriliyi barədə getdikcə daha çox xəbərdar olurlar.

Sosial sahibkarlıq davamlılıq hərəkatı daha geniş yayıldıqca daha populyarlaşan bir həlldir.

Biznesin insanlara necə təsir etməsi üzərində çox gücü var. Davamlı biznes həlləri və biznesin inkişafı istiqamətində hərəkət etmək böyük məsuliyyətsiz korporasiyaların əlində pisləşən gələcək deyil, hamı üçün birgə sağlam gələcək yaratmaq üçün vacibdir.

Sosial sahibkarlar rifah yaratmaq üçün biznesin gücündən istifadə etmək üçün fəaliyyətdədirlər.
Kiçik biznesdən iri müəssisələrə qədər , texnologiyadan qidaya, modaya, səhiyyəyə, təhsilə, enerji səmərəliliyinə və s. kimi bütün sahələri əhatə edən geniş mövzudur.

Sosial Problem Nədir?
Sosial sahibkarlar hansı problemləri həll etməyə çalışırlar?
Sosial problem, cəmiyyətdəki insan qruplarına mənfi təsir göstərən hər şeydir, məsələn:
Bərabərsizlik.
Yoxsulluq.
İrqçilik.
Gender problemləri,
Təhsilə çıxışın olmaması,
Su və elektrik kimi resurslara çıxışın olmaması və, s.
Sosial problemlər iqlim dəyişikliyinə və ekoloji problemlərə qədər uzanır, çünki hər ikisi bir-birindən təsirləndikdə insan və ətraf mühit bir-birindən asılı münasibətdə qalır.
Sosial sahibkarlar sosial ehtiyacların ödənilməsində boşluğu doldurduqları üçün cəmiyyətin inkişafına dəyərli töhfələr verirlər.

Onlar bu kimi görünən dəyərə əsaslanan yanaşma vasitəsilə sənayedə təkamül yaratmağa kömək edir.

Hazırda Azərbaycanda sosial sahibkarlıq istiqamətində ilk addımlar atılmaqdadır. Bu sahədə sahibkarların üzləşdikləri bir sıra çətinliklər var. Bu çətinliklər qanunvericilikdə sosial sahibkarlıq haqqında təhrifin olmaması, sosial sahibkarlıq subyektlərinin vergiyə cəlb edilməsi prosesi və ən əsası, hələ ki, cəmiyyətdə sosial sahibkarlıq haqqında təfəkkürün formalaşmamasıdır. Cəmiyyət sosial sahibkarlığı kifayət qədər vacib sahibkarlıq növü kimi qəbul etməlidir. Azərbaycanda sosial sahibkarlıq ekosisteminin inkişafında cəmiyyətin bu məsələyə münasibəti böyük rol oynayacaqdır.

İqtisadçı ekspert Eldəniz Əmirov SİA-ya açıqlamasında sosial sahibkarlığım inkişafında önəmli məslələləri qeyd edib.

Sosial Sahibkarlıq hazırda son dövrlərin trendi olaraq həm iqtisadiyyata həm sosial həyata siraət edilmiş bir formoldur. Ölkələrin iqtisadiyyatı nə qədər çox inkişaf edərsə,sosial sahibkarlıq məhfumu da bir o qədər inkişaf etmiş və iqtisadi sistem daxilində qərarlaşmış olar. Əvvələr bilirdik ki, sahibkarların bir mənalı olaraq əsas məqsədi maddi marağa söykənmək olmuşdur, yəni sahibkarlıq fəaliyyətin nəticəsi olaraq, müəyyən iqtisadi maraqlar çərçivəsində fəaliyyətinin göstərməsi idi . İqtisadiyyat inkişaf etdikcə sahibkarlığın yeni formaları o cümlədən sosial sahibkarlıq əmələ gəlmişdir. Dünyanın inkişaf etməkdə olan ölkələrində o cümlədən Azərbaycanda hələ də bu məfhumunu nə olduğunu təssüfki nə iqtisadi sahədə, nədə digər sahələrdə sahibkarlıq subyektlərində tam mənasından davranmamışdır. Hətta mən deyərdim ki, müəyyən sahibkarlar vardır ki, onlar sosial sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar, ama bununla yenə də insanlar özlərinin bu işlə məşğul olduğunu anlamırlar. Onlar sadəcə sahibkarlıq kimi baxırlar, amma sosial sahibkarlığı adi sahibkarlıqdan fərqləndirən incəliklər vardır. Bir neçə istiqamət var ki, bunlara dövlətin fəaliyyəti , ictimai birliklərin fəaliyyəti və sahibkarların fəaliyyəti və sosial sahibkarlıq fəaliyyəti daxildir. Bu məsələni adətən balıq tutmaq misalı ilə daha çox aydınlatmaq olur ,yəni fərqləri göstərmək olar.Məsələn sahibkarlar balığı göldən tutur və satır, dövlət bilavasitə ehtiyacı olanlara sadəcə balıq verir, ictimai fəaliyyətdə isə insanlara özləri tutmağı göstərilir. Amma sosial sahibkarlıqla nə balıq tutulub satılmır, nə hazır tutulmuş balıq verilmir, nədə balığın tutması öyrədilmir. Sosial sahibkarlıq daha geniş fəaliyyətdir. Həm insanlara tilov verir, həm balıq tutmağı öyrədir, həm ekoloji vəziyyəti ilə maraqlanır yəni daha kompleks yanaşılır. Həm mənfəət götürülür ,həm sosial həyat həm ekoloji durum götürülür.

Sosial sahibkarlığın inkişaf elətdirməsi üçün ilk növbədə liberal iqtisadi bir sistemi olmalıdır, sahibkarlıq fəaliyyətinə başlayan insanlara maddi cəhətlərini yuxarı səviyyələrini təmin olunandan sonra, artıq insanlarda sosial məsuliyyət formalaşır. Sahibkarlar öz maddi maraqlarını ən azı qismən təmin etdikdən sonra sosial məsələlərə önəm verməlidirlər .Böyük şirkətlərdə, iri koopresaiyalarda, holdinglərdə sosial sahibkarlıq fəaliyyəti bilavasitə KSM formada olur və buna bir çox layihələr daxildir. Amma sosial sahibkarlığın özü inkişaf etmiş ölkələrdə daha rahat formada fəaliyyət göstərir.

Uzun əsrlər boyu sosial problemlərin həlli, istər hökümət səviyyəsində, istərsə də yerli səviyyədə müstəsna olaraq hökumətin funksiyası hesab olunurdu. Zaman keçdikcə qeyri-hökumət təşkilatları dövlətin öhdəsindən gələ bilmədiyi(və ya istəmədiyi) məsələləri həll etmək üçün inkişaf etdi. Daha sonra isə, özəl sektor korporativ sosial məsuliyyət və xeyriyyəçilik layihələri vasitəsilə sosial, ekoloji və digər məsələlərin həllinə töhfə verməyə başladı və bu tendensiyanın ən son inkişafı sosial sahibkarlığın yaranmasına gətirib çıxardı.

1980-ci illərdə qlobal miqyasda “sosial sahibkarlıq” kimi tanınan yeni bir hərəkat meydana çıxdı. Hərəkata innovativ, davamlı və genişlənə bilən biznes modelləri vasitəsilə sosial problemlərin həllinə həsr edən yeni nəsil sahibkarlar rəhbərlik edirdi.

Sosial sahibkarlığın tərifi hər ədəbiyyata görə fərqlidir, ancaq onları hamısını ümumiləşdirsək, ortaya aşağıdakı tərif çıxır;

“Sosial sahibkarlıq cəmiyyətdə mövcud olan sosial və ətraf mühit problemlərini biznes və sahibkarlıq prinsiplərini tətbiq etməklə həll edərək davamlı sosial dəyişikliyə nail olmaqdan ibarətdir.”

Bu sözləri gənc sosial sahibkar Etibar Xıdırov qeyd edib. Müsahibimiz Sosial sahibkarlıq modeli əsasında fəaliyyət göstərən ölkənin ilk Kraudfandinq platforması Toxum.org-da layihələr üzrə menecer kimi başlamış və 2022-ci ildə ölkədə olan sosial və sosial sahibkarlıq layihələrinin resurs ehtiyacını qarşılamaqda onlara dəstək olacaq "Dəstəkçi" (Destekchi.org) Sosial Sahibkarlıq Platformasını qurub və hal-hazırda “Dəstəkçi” Sosial Sahibkarlıq Platformasının təsisçisi olaraq fəaliyyətini davam etdirir.

Sosial sahibkarlığın cəmiyyətə dövlətə və faydası .
Sosial Sahibkarlığa necə və niyə ehtiyacımız var?
Hökumət, dövlət və özəl sektor tərəfindən qarşılanmayan ehtiyaclar (mal və xidmətlər) arasındakı boşluğu doldurmaq;
Cəmiyyətdən təcrid olunmuş qrupların (əlillər, yoxsullar, dullar, məhkum olmuş şəxslər) cəmiyyətə adaptasiyasını təmin etmək üçün;
Yoxsulluğun, işsizliyin, marjinallaşmanın və həssaslığın azaldılmasına dəstək;
Davamlı artım və inkişafı təmin etmək üçün;

Sosial Bizneslərin Faydaları:
Sosial missiyanı yerinə yetirir və icmalarda müsbət fərq yaradır.
Fərdlər və təşkilatlar üçün yeni gəlir axınını təmin edir.
İcmaları artan gəlir, yeni iş yerlərinin yaradılması və məşğulluq imkanları ilə təmin edir.
Bütün mövcud resursların(torpaq, əmək, kapital, vaxt) məhsuldar istifadəsini təmin edir.
Fərdlərə öz istedadlarını, bilik və bacarıqlarını sosial sahibkarlıq müəssisələrində istifadə etməyə imkan verir.

Azərbaycan kontekstində sosial sahibkarlıq yeni anlayışdır və yaxşı tədqiq edilməmişdir. Ölkədə sahibkarlıq və qeyri-kommersiya fəaliyyətini tənzimləyən müvafiq qanunvericilik mövcuddur, lakin mövcud qanunvericilik sosial sahibkarlıq müəssisələrini ayrıca kateqoriya kimi tanımır. Beləliklə, dövlət siyasəti və təsisatlar sosial sahibkarlıq ruhunda olduğu kimi birlikdə deyil, ayrı-ayrılıqda biznes və sosial inkişafı dəstəkləməyə meyllidirlər. Qanunvericilik olmadığına görə sosial sahibkarlıq barədə vahid bir tərif yoxdur, sosial sahibkarlıq layihələrinə hər hansı vergi güzəştləri, dəstəkləyici proqramlar mövcud deyil. Digər məsələ cəmiyyətdə az bir qisminin sosial sahibkarlıq anlayışı ilə tanış olması göstərə bilərik. Bundan əlavə sosial sahibkarlıq barədə yerli dildə araşdırmaq öyrənmək üçün resurs və materialların olmamasını misal gətirmək olar.

Mövcud tədqiqatlar göstərir ki, Azərbaycanda sosial sahibkarlıq təşəbbüslərinin sayı məhduddur, lakin Sosisal sahibkarllq konsepsiyasını izah etmək və başa düşmək üçün səylər artmaqdadır. Bir sıra təşkilatlar Azərbaycanda sosial sahibkarlığın təşviqi yolları ilə bağlı müzakirələrə başlamaq üçün maarifləndirmə tədbirləri keçirmişlər ki, bu da öz növbəsində Vətəndaş Cəmiyyəti Təşkilatlarının Sosial Sahibkarlıq Müəssisələrinə çevrilməsinə marağın artmasına səbəb olmuşdur. Sosial müəssisənin tərifi ilə bağlı konsensusun olmamasına baxmayaraq, ümumi bir anlayış mövcuddur ki, Sosial sahibkarlıq müəssisələrin inkişafı daha da təşviq edilməlidir və Sosial sahibkarlıq müəssisələrin təşviqi üçün tövsiyə olunan tədbirlər kompleksinə hüquqi dəyişikliklərin tətbiqi, xüsusi vergi rejimi, Sosial sahibkarlıq müəssisələrin üçün səmərəlilik standartlarının müəyyən edilməsi daxildir. , SSM-lərin inkişafının milli proqramlara və yol xəritələrinə məqsəd kimi daxil edilməsi, SSM-lər haqqında məlumatlılığın artırılması, bacarıqların artırılması proqramları, maliyyəyə çıxış və şəbəkələşməyə dəstək kimi təklifləri irəli sürə bilərik.

Azərbaycanda Sosial sahibkarlığa başlayan ilk xanımlardan biri də Sara Rəcəblidir.
2018-ci ildə Azərbaycandan ilk sosial sahibkar kimi “Yunus & Youth” sosial sahibkarlıq proqramında iştirak etmiş, proqramın təqaüdünü qazanaraq Niderland Krallığının Haaqa şəhərində keçirilən “One Young World 2018” zirvəsində, Sumqayıtda USAİD-in “Qadın İştirakçılığı” proqramı çərçivəsində “Biznes və Liderlik” adlı təlimlərdə, Erasmus+ proqramı çərçivəsində Latviyada, İsveçrədə təşkil olunan UNCTAD Gənclər Forumunda iştirak etmiş, Rusiya Federasiyasının Tyumen şəhərində keçirilən “Kulturitsa” adlı tədbirdə sosial sahibkarlıq üzrə spiker-ekspert kimi çıxış etmişdir.

Sahibkarlığın yaradılmasında və həyata keçirilməsində bir neçə əsas detal var. Birincisi biznesin təsviri, yəni qurulma sistemi. Bu qurulandan sonra işin içərisində olan satış prosesi, tədarük planın olması, maya dəyərinin hesablanması, sahibkarlıq üçün lazım olan məhsul və ya xidmətlərin doğru müəyyən edib bazarda yerləşdirilməsi kimi incə detallar var ki, bu sahibkarlığın təşkilində önəmli rol oynayır.

İdarə edilməsi isə təşkilindən biraz fərqlənə bilir. Biraz ilkin dönəmlərdə özümüz idarə etmək üçün, təbii ki burada söhbət mikro sahibkarlıqdan gedir. Hansı ki, hələ çox adam yoxdur və hər şey öz üzərimizdədir. İdarə etmədə ən mühüm detal bazarda Beynəlxalq sistemdən əlavə Azərbaycan sisteminə də diqqət yetirməkdir. Hər beynəlxalq məhsul Azərbaycanda satılmaya bilər . Həmçinin insanların davranışını, psixologiyasını, ünsiyyətini, onların alıcılıq qabilləyətlırin nəzərə alınması əsas amillərdəndir.

Ən böyük çətinlik odur ki, insanlar düşünürlər ki, pul olsa nəsə etmək olar.Amma nəsə eləyib sonra pul axtarmağı o qədər adam düşünmür.

Bu insanların sosial psixoloji tərəfləri ilə bağlı olan çatışmayan bir özəlliyidir. İşin digər tərəfinə gəldikdə isə ölkədə balans pozulub, tarazlıq yoxdur. Niyə yoxdu? Çünki ya aşağı olur, ya yuxarı, ortalamaları tutmaq olmur. Azərbaycan dövləti bu məsələ üzərinə düşüb Kiçik və Orta Bizneslərə dəstək olmalıdır.

Havar Şəfiyeva