“Cənubi Koreyanı məhv edərik...”

11 Avqust 2022 06:14 (UTC+04:00)

Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Ye-jonq Seulun koronavirusun Şimali Koreyaya nüfuz etməsinə səbəb olacağı təqdirdə Cənubi Koreya hakimiyyətini məhv etməklə hədələyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Yonhap Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir.

“...Əgər düşmən virusun respublikamıza nüfuz etməsi kimi təhlükəli hərəkətlərdə israrlı olsa, biz buna təkcə virusu məhv etməklə deyil, həm də Cənubi Koreya hakimiyyətini məhv etməklə cavab verəcəyik”-deyən Kim Ye-jonq Pxenyanın müxtəlif əks-tədbir planlarını nəzərdən keçirdiyini də gizlətməyib.

“Reuters”in məlumatına görə, Kim Ye-jonq qardaşının qızdırmadan əziyyət çəkdiyini də xatırlayıb.

Bundan əvvəl Kim Ye-jong Cənubi Koreyanı Seulun “hərbi qarşıdurmaya gedəcəyi təqdirdə” nüvə silahından istifadə edəcəyi ilə hədələmişdi. Eyni zamanda o, əmin edərək bildirmişdi ki, Pxenyan Cənubi Koreya ilə müharibəyə qarşıdır və onu əsas düşmən hesab etmir.

Ağasəf Babayev