Sloveniya prezidenti Türkiyəyə minnətdarlığını bildirib

11 Avqust 2022 00:53 (UTC+04:00)

Prezident Pahor paytaxt Ankarada keçirilən 13-cü Səfirlər Konfransında çıxışı zamanı Türkiyənin Ukrayna ilə Rusiya arasında vasitəçilik səylərini və Ukrayna taxılının dünya bazarına çıxarılmasındakı rolunu hörmətlə salamladığını və yüksək qiymətləndirdiyini qeyd edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Pahor İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə müsbət yanaşmasını da yüksək qiymətləndirdiklərini vurğulayıb və bununla sözmövzusu iki ölkənin NATO-ya üzv ola biləcəyinə diqqət çəkib.

Prezident Rəcəb Tayyib Ərdoğanla uzun müddətdir tanış olduqlarını və tez-tez görüşdüklərini ifadə edən Pahor, Türkiyə ilə Sloveniya arasında 11 il əvvəl strateji əməkdaşlıq müqaviləsi imzaladıqlarını, bunun Sloveniyanın Türkiyəyə verdiyi önəmin göstəricisi olduğunu və iki ölkə arasındakı əlaqələrin güclənərək davam etdiyini sözlərinə əlavə edib.