‘‘Rəqəmsal terrorizm milli təhlükəsizlik mәsәlәsidir’’

11 Avqust 2022 00:47 (UTC+04:00)

Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fәxrәddin Altun rəqəmsal mediada törәdilәn cinayәtlәrә, rəqəmsal terrorizmә və dezinformasiyaya qarşı tәdbirlәrin görülmәsinin vacibliyini vurğulayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Fәxrәddin Altun paytaxt Ankarada Yeni Media və Rəqəmsal Terror mövzusunda keçirilәn ‘‘workshop’’da çıxış edib.

Rəqəmsal dünyada hәqiqәti әks etdirmәyәn xəbərlərin və məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsinin vacibliyinә diqqət çəkən Fәxrәddin Altun beynəlxalq araşdırmalara görə dünyada dezinformasiyaya ən çox məruz qalan ölkənin Türkiyə olduğunu vurğulayıb.

Terror təşkilatlarının rəqəmsal mediada təbliğat apardığını xatırladan Fәxrәddin Altun deyib:

“Türkiyə PKK/YPG vә Fәtullahçı terror tәşkilatı(FETÖ) kimi terror tәşkilatlarının yalnız fiziki hücumları ilә deyil, həm də dezinformasiya xarakterli hücumları ilə hədəf alındı və alınır’’.

Fәxrәddin Altun bildirib ki, yeni media və rəqəmsallaşma terror təşkilatlarının mesajlarının sürətlə yayılması üçün mühit yaradır.

“Rəqəmsal terrorizmin həm də milli təhlükəsizlik məsələsi olduğu unudulmamalıdır. Hər bir dövlət rəqəmsal dünyadakı təhdidlərə qarşı lazımi müdafiə mexanizmlərini hәyata keçirmәlidir’’,-deyә Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlәqәlәr İdarәsinin rәhbәri qeyd edib.