İŞİD-in Suriyadakı rəhbəri zərərsizləşdirilib

11 Avqust 2022 00:11 (UTC+04:00)

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Suriyadakı rəhbəri Əbu Salim əl-İraqi zərərsizləşdirilib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə rəsmi SANA agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, Suriya ordusu Dəraa vilayətində xüsusi əməliyyat keçirib. Hökumət qüvvələri ilə döyüşdə yaralanan əl-İraqi son anda özünü partladıb.

Məlumatı baş ofisi Londonda yerləşən Suriyada İnsan Hüquqlarını Müşahidəsi Qrupu da təsdiqləyib.