Qәtәr Әmiri vә Misir Prezidenti Qәzzadakı son vәziyyәti müzakirә ediblәr

10 Avqust 2022 23:38 (UTC+04:00)

Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani vә Misir prezidenti Əbdülfəttah əs-Sisi arasında telefon danışığı olub.

SİA-nın əldə etdiyi məlumata görə, mәlumata әsasәn, tәrәflәr İsrailin hücumlarına məruz qalan Qəzzadakı son vəziyyəti müzakirә ediblәr.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilmәsi, regional və beynəlxalq mәsәlәlәr gündәmә gәlib.

Avqustun 5-də İsrail İslami Cihad təşkilatına aid olduğunu iddia etdiyi hədəfləri vurmuşdu. İsrail tәşkilatın İsrailә hücum etmәyә hazırlaşdığını irәli sürmüşdü.

Hücumlardan sonra Qəzzadan İsrailә raketlər atılıb. İsrailin Qəzza zolağına tәşkil etdiyi hücumlar nәticәsindә 14-ü uşaq, 4-ü qadın olmaqla 44 nəfər həyatını itirib. İsrail tәrәfindә isә itki qeydә alınmayıb.

Xatırladaq ki, tәrәflәr arasında әldә olunan atәşkәs avqustun 7-dә qüvvәyә minmişdi.