Daha bir klub Konfrans Liqasının pley-offunda

10 Avqust 2022 23:19 (UTC+04:00)

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin daha bir cavab oyunu keçirilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Xorvatiya "Hayduk"u Portuqaliya "Vitoriya"sının qonağı olub. Xorvatiya təmsilçisi bu görüşdə 0:1 hesabı ilə uduzsa da, ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi üçün pley-offa yüksəlib.

Komanda pley-offda "Vilyarreal"la qarşılaşacaq.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin digər matçları sabah keçiriləcək.

10 avqust

"Vitoriya" (Portuqaliya) - "Hayduk" (Xorvatiya) - 1:0

Qol: Anderson, 5

İlk oyun - 1:3