Borc ödənişi ...2024-cü ilə qədər təxirə salınır

10 Avqust 2022 22:13 (UTC+04:00)

Ukrayna xarici borcu üzrə ödənişlərin müvəqqəti dondurulması üçün beynəlxalq istiqraz sahiblərinin təsdiqini təmin edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik bildirib ki, Ukraynanın 19,6 milyard dollarlıq xarici istiqrazlarının təxminən 75 faizini təmsil edən investorlar ödənişləri 2024-cü ilə qədər təxirə salmağa razılaşıblar.

“Bloomberg”in məlumatına görə, restrukturizasiya prosesi Ukraynanın əsas müttəfiqləri, o cümlədən ABŞ və Beynəlxalq Valyuta Fondu tərəfindən dəstəklənir.

Xatırladaq ki, iyulun sonunda Fitch Beynəlxalq Reytinq Agentliyi Ukraynanın xarici valyutada uzunmüddətli defolt reytinqini CCC-dən C səviyyəsinə endirdi ki, bu da defoltdan əvvəlki səviyyəyə uyğundur. Kredit reytinqinin aşağı salınmasına səbəb ölkənin avrobond sahiblərinə ödənişlərin iki il müddətinə təxirə salınması ilə bağlı müraciəti olub.

Ağasəf Babayev