İranda vəba xəstəliyi yayılır

10 Avqust 2022 20:48 (UTC+04:00)

Səhiyyə Nazirliyinin Qida və Su ilə yoluxan xəstəliklər şöbəsinin müdiri Məryəm Məsudifər İran dövlət televiziyası yanında Gənc Jurnalistlər Klubuna müsahibəsində bu barədə danışıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Məryəm Məsudifərin sözlərinə görə ölkə üzrə 62 nəfərdə vəba aşkarlanıb.

Vəba hadisələrinin hamısının ölkənin qərbindəki əyalətlərdə qəydə alındığını ifadə edən Məsudifər, onların yarısının qonşu ölkələrə səyahətdən yeni qayıtdıqlarını, lakin indiyə dək insan itkisinin olmadığını bildirib.

Qeyd edək ki, son zamanlar İraqın şimalındakı Ərbil, Süleymaniyyə və Kərkük şəhərlərində vəba xəstəliyinə rast gəlinib və iyunun 21-də Kərkükdə bir nəfər həyatını itirib.