Laçını yandıranlar və yananlar - ANALİTİK

10 Avqust 2022 17:59 (UTC+04:00)

Bu gün yenə o gündür. Eynilə ermənilərə işğal etdikləri və 30 il qanunsuz olaraq məskunlaşdıqları, 30 il bu torpaqların yerüstü və yeraltı sərvətlərini taladıqları Azərbaycanın barlı-bərəkətli rayonlarını – Ağdamı, Kəlbəcəri və Laçını tərk etmələri üçün verdiyimiz vaxt. O vaxt biz düşünürdük ki, işğalçı ermənilər gəldikləri kimi də adamlıq, insanlıq edib gedəcəklər, hələ bir üzr də istəyəcəklər, 30 il qonaq qaldıqları üçün, taladıqları və istismar etdikləri üçün. Amma gözləntilərimiz havada qaldı və həm də vəhşiliklə müşaiyyət olunan hadisələr ermənilərin iç üzünü ifşa etdi, nə qədər barbar olduqlarını bütün dünyaya nümayiş etdirdi…

Bəs əslində nə baş vermişdi, niyə ermənilərin geriyə köç etmələrini bu qədər barbarlıq və vəhşilik kimi qələmə veiririk? Sual doğrudur, cavabı isə çox dəhşətli. Ermənistan 30 ildən artıq idi ki, işğalçı olaraq, torpaqlarımızı zorla ələ keçirərək Kəlbəcərdə, Laçında, Qubadlıda, Zəngilanda, Füzulidə, Cəbrayıl və Ağdamda sanki dədələrindən miras qalmış yurd kimi istifadə edirdilər. Onların işğalçı olaraq qədim yurd yerlərimizə, rayonlarımıza necə hücum etdiklərini yəqin xatırlayanlar az deyil, hadisənin birbaşa şahidləri də minlərlə, yüz minlərlədir. Onlar topla-tüfənglə gəlmişdilər, heç kəsə bir əşya götürməyə aman vermirdilər, yubanan öldürülür, qaçıb qurtula bilməyənlər tutulur, əsir aparılır, ən ağır işgəncələrlə öldürülür, kölə kimi kiminsə qapısında işlədilirdi. Bu idi ermənilərin azərbaycanlı qocalara, qadınlara, uşaqlara olan “insani” münasibəti.

Və ən əsası erməni işğalçılarının Azərbaycanın rayonlarını, kənd və qəsəbələrini ələ keçirilməsinin bir məqsədi də üzə çıxmışdı. Hələ o zaman bilirdik ki, erməni barbarlarının əsas məqsədi heç də torpaq ələ keçirmək, “Böyük Ermənistan” yaratmaq kimi boş xülyaları gerçəkləşdirmək deyildi. Onların əsas niyyəti azərbaycanlıların boş qalan evlərini talamaq, soymaq, qiymətli əşyalarını xarici bazarlara çıxarmaq, bir sözlə var-dövlət sahibi olmaq idi. Əvvəlcə evdəki qiymətli əşyaları, sonra ev əşyalarını, daha sonra tikinti materiallarını yağmalayıb-qarmalayıb qonşu ölkələrdə satdılar. Evləri kökünə qədər qazıb atdılar, qəbirləri dağıtdılar, milli və dini abidələrimizi tar-mar etdilər, Azərbaycanın izini itirmək üçün min-bir hiyləyə əl atdılar. Dünyanın da gözü kor, qulağı kar oldu, Ermənistana bu qədər qanunsuzluqlara rəğmən gözün üstə qaşın var, demədilər, demək istəmədilər, özlərinə bunu yaraşdırmadılar, din qardaşlarının xətrinə dəymək istəmədilər.

10 noyabr 2020-ci ildə quyruqları qapı arasında qalanda, 44 günlük Vətən müharibəsində “dəmir yumruğ”un zərbəsindən səndirləyəndə yadına beynəlxalq qanunlar düşdü bu ermənilərin. İşğal etdikləri ərazilərdən çıxmaları üçün 1 aya yaxın vaxt verildi onlara, düz bir ay. Halbuki onlar kəlbəcərlilərə, ağdamlılara, laçınlılara heç bir saat da vaxt verməmişdilər. Nədənsə o vaxt ermənilərin yadına özlərinin mələyə-nələyə istədikləri vaxt heç yadlarına da düşmürdü. Azərbaycanlıların qaçaraq öz evlərini tərk etmələrinə, ayaqyalın, başıaçıq imdad diləmələrinə gülərək, şaqqanaq çəkərək reaksiya verirdilər. İndi isə zaman bizim xeyrimizə işləyirdi, torpaqlarımızı tələb edirdik, qalib ölkə kimi. Amma yenə də lənətə gəlmiş humanist hisslər. Yenə ermənilərə yazığımız gəlmişdi, qarşıdakı qış aylarını nəzərə alıb köçüb getmələrinə şərait yaratmışdıq. Dədələrinin, gorbagor olmuşlarının qəbirlərini də bellərinə şələləyib aparmalarına, ermənilər üçün ən qiymətli əşya sayılan unitazlarını da ədəb-ərkanla, xüsusi musiqi sədaları altında söküb aparmalarına imkan vermişdik. Bəs ermənilər bunun əvəzində nə etdilər?

Yazımızın məğzi, əsas qayəsi, ana xətti də budur, ermənilər humanistiyimizdən istifadə edərək azərbaycanlıların dədə-baba torpaqlarında, 30 illik işğal dövründə məskunlaşdıqları yurd yerlərimizdə hansı pəstahadan çıxdılar, hansı vəhşiliyi törətdilər? Əvvəlcə yüzillik ağacları kəsməyə, meşələri qırmağa başladılar, sonra infrastrukturu dağıtdılar, sonunda isə özlərinin də yaşadığı evlərə od vurdular. Niyə? Səbəbi də dəhşətlidir, burada azərbaycanlıların yaşaya bilməməsi üçün. Halbuki, bu barbar xalq 30 il bundan əvvəl Kəlbəcərə, Laçına və Ağdama işğalçıl etdikləri şəhər və kəndlərə yaşamaq üçün gələndə bizim evlərin bir telinə də zərər dəyməmişdi. Əşyaları ilə birlikdə ermənilərə qalmışdı.

Bir hadisəni yada salaq. 1939-cu ildə SSRİ-Fin müharibəsi zamanı sərhədə yaxın fin kəndlərinin birindən əhalinin köçürülməsi haqda hakimiyyət orqanları qərar çıxarır. Köçhaköç başlayır, hər kəs tələsir, bir qadın isə həyətdəki güllərdən yığıb otağın ortasındakı masanın üstündəki gülqabına səliqə ilə qoyur. Əri əsəbləşir ki, biz tələsməliyik, amma sən hələ də heç nə olmamış kimi gül toplayırsan. Qadın sakitcə dillənir, qoy bu evə gələn bolşeviklər görsünlər ki, biz nə qədər sivil insanlarıq. Mən bu hərəkətimlə kimliyimi təsdiq edirəm, bu masada imzamı qoyub gedirəm. Azərbaycanlılar da evlərini eynilə qoyub getmişdilər, qayıdacaqlarına inanıb qapısına vurduqları qıfılların açarlarını da özləri ilə götürmüşdülər…

Bu gün ermənilər ikinci dəfə barbarlıq imtahanı verirlər, çox güman ki, bu fənndən də qeyri-məqbul alacaqlar. İmtahanın predmeti isə Laçın rayonunun mərkəzi Laçın şəhəri, Sultan bəyin yurdu Zabux və Sus kəndləridir. Avqustun 25-ə qədər burada qanunsuz məskunlaşan ermənilərə vaxt verilib. Bu tarixdə onlar kəndləri və şəhəri tərk etməlidirlər. Ermənilər onlara verilən bu fürsətdən də yararlanmağa çalışırlar. Ev əşyalarını onlar üçün ayrılmış xüsusi maşınlarla və təmtəraqla daşıyandan sonra… evləri yandıracaqlarını bildiriblər. Kəlbəcərdə, Laçında və Ağdamın kəndlərində törətdikləri vəhşiliklər səbəbindən dünyada biabır olduqlarındam guya xəcalət çəkən ermənilər bu dəfə fərqli addım atacaqlarını, evləri yandırmayacaqlarını düşünsələr də artıq Laçında, Zabuxda qanunsuz yaşayan ermənilər evlərini yandıracaqları barədə xəbərdarlıqlar ediblər. Məqsəd də eynidir, azərbaycanlılar – türklər bu evlərdə yaşaya bilməsinlər.

Qarabağdakı qanunsuz qurumun nümayəndələrinin həmin ermənilərlə görüşündə bildirilib ki, evlər yandırılmasın. Amma ermənilər öz xislətlərindən əl çəkən deyillər və əllərində məşəl köç gününü gözlədiklərini təsəvvür etmək o qədər də çətin deyil. Yandırmaq, məhv etmək, “mənim olmayan mənimki deyil” prinsipi ilə çıxış etmək ermənilərin boyuna biçilib. Laçının özündən və kəndlərində köçənlərin cəmi 25 faizi Qarabağ ərazisində yaşamağı üstün tutub. Azərbaycanın Qarabağa tam olaraq sahiblənəcəyi günün uzaqda olmadığını dərk edən əksəriyyət isə üzünü qərbə - Ermənistana tutub. Asta qaçan namərddir, deyib dabanlarına tüpürüblər…

V.VƏLİYEV