Almaniyanın Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb

10 Avqust 2022 14:09 (UTC+04:00)

Almaniyanın Azərbaycandakı yeni səfiri Ralf Horleman Bakıya gəlib.

SİA-nın məlumatına görə, bu barədə diplomat "Twitter"də yazıb.

Mən Azərbaycanda səfir kimi vəzifəmin icrasına başlamağa şadam. Bu gözəl ölkə ilə tanış olmağı və Almaniya-Azərbaycan əlaqələrini gücləndirməyi səbirsizliklə gözləyirəm", - səfir paylaşımında bildirib.