Meymunları döyüb zəhərlədilər

10 Avqust 2022 14:06 (UTC+04:00)

Dünya koronavirus epidemiyasından tam xilas olmamış "meymunçiçəyi" virusu bütün tarazlığı alt-üst edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sürətlə yayılan və dünyanın müəyyən yerlərində daha çox görülməyə başlayan epidemiya insanların hiddətlənmiş kimi davranmasına səbəb olub. Belə ki, San Paulo əyalətinin Rio Preto şəhərindəki təbii qoruqda bir həftədən az müddətdə 10 meymun zəhərlənib və ya qəsdən yaralanıb.

Xilasedicilər və fəallar meymunların zəhərləndiyindən və ərazidə üç meymunçiçəyi xəstəliyinin təsdiqlənməsindən sonra hücuma məruz qaldıqlarından şübhələnirlər.

May ayından bəri xəstəliyin uzun müddət endemik olduğu Qərbi və Mərkəzi Afrika ölkələrindən kənarda meymunçiçəyi infeksiyaları artdığı üçün qlobal miqyasda 28,100-dən çox hadisə və 12 ölüm qeydə alınıb.

Qeyd edək ki, ABŞ-da meymunçiçəyi virusuna qarşı hazırlanmış peyvəndin təcili istifadəsi üçün tədbirlər görülür.