ABŞ-da təyyarə magistral yolda qəzaya uğrayıb

10 Avqust 2022 13:53 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında insanı heyrətə gətirən hadisə baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təkmotorlu təyyarə nasaz olub və ərazidəki magistral yolda məcburi eniş edib. Təyyarə sərt enişdən sonra alovlar içində qalıb.

Qısa müddətdə hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürən göndərilib. Yanğının söndürüldüyü açıqlanıb.

Səlahiyyətli şəxslər bildiriblər ki, təyyarədə olan pilot və sərnişin özlərini təhlükəsiz şəkildə təyyarədən çıxara biliblər.

Qeyd edək ki, qəzada ölü və yaralanma hadisəsi baş verməyib.