İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

10 Avqust 2022 12:30 (UTC+04:00)

İranın cənubunda yerləşən Fars vilayətinin Mərvdəşt rayonunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

SİA-nın məlumatına görə, bunu İranın Fars vilayəti aeroportları idarəsinin baş direktoru Kərim Ağayi deyib.

K.Ağayinin sözlərinə görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Yaralılar helikopterlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.