"WhatsApp"-a yeni funksiyalar əlavə edilib

10 Avqust 2022 12:00 (UTC+04:00)

Meta şirkəti, istifadəçilərin məxfilik parametrlərini fərdiləşdirmək seçimini artıran onlayn mesajlaşma proqramı "WhatsApp"-a yeni funksiyaların əlavə ediləcəyini açıqlayıb. SİA xəbər verir ki, yeni funksiyalar “WhatsApp” qruplarından səssizcə çıxa, onlayn statuslarına kimin baxa biləcəyinə nəzarət edə, “bir dəfə bax” funksiyası ilə göndərilən foto və videolardan skrinşot çəkməyə mane ola biləcəklər.

Meta şirkətinin baş direktoru Mark Zukenberq bildirib ki, yeni funksiyalar WhatsApp mesajlaşmasını üz-üzə söhbətlərə qədər məxfi saxlamağa kömək edəcək.

WhatsApp göndərilən mesajların silinməsi üçün lazım olan müddətin uzadılacağını da açıqlayıb. Müvafiq olaraq, göndərilən mesajlar ünvan sahibi tərəfindən baxılmadan 2 gün yarım əvvəl silinə bilər.