Bizon əti insan sağlamlığına zərərlidirmi? - AİB SƏDRİ AÇIQLADI

10 Avqust 2022 11:46 (UTC+04:00)

“Bizon mal-qaranın bir növüdür. Bizonlar Belçikada, Almaniyada və vəhşi təbiətdə olur və fermer təsərrüfatı vəziyyətində inkişaf etdirilir”. Bu fikirləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, bu barədə Aəzrbaycanda tədqiqat aparılıb və bununla da məlum olub ki, “Şahdağ” qoruğunda vaxtı ilə bizonlar olub: “2018-2019-cü illərdə Azərbaycana təxminən 50 baş bizon gətirilərək vəhşi təbiətə buraxılıb. Hazırda “Şahdağ” qoruğunda 50-dən çox bizon var. Onlar artırılaraq, vəhşi təbiətdə yetişdirilir və eyni zamanda fermer təsərrüfatı şəklində saxlanılır. Bizon ətlik bir heyvandır. Hələ ki, onun təsərrüfatlaşdırılması Azərbaycanda həyata keçirilməyib. Lakin başqa ölkələrdən Azərbaycana bizon ətlərinin gətirilməsi istisna olunmur. Çünki orda artıq vəhşi təbiətdən ayrıraraq fermer təsərrüfatı səviyyəsində saxlayırlar. Vəhşi təbiətdə azad yaşayan bu heyvanların əti qiymətlidir. Mən hər zaman deyirəm ki, baytarın əli çatmayan hər bir qida məhsulu çox qiymətlidir. Azərbaycanda yəqin ki, bir müddət sonra bizon ətlərinin fermer təsərrüfatına çevrilməsi gözlənilir”.