İsveç və Finlandiya NATO-ya üzv oldu - ABŞ

10 Avqust 2022 11:44 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması haqqında protokolları imzalayıb. SİA xəbər verir ki, ABŞ Prezidenti Bayden bəyan edib ki, iki ölkə NATO-nun bütün tələblərini yerinə yetirir.

Bayden bildirib ki, bu, təkcə Avropa və ABŞ üçün deyil, bütün dünya üçün ittifaqın sabitliyi və təhlükəsizliyi üçün tarixi dönüş nöqtəsidir. Bayden qeyd edib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəməklə alyansa üzv olan ölkəyə hücumun bütün alyansa sadiq qalacağına dair “müqəddəs öhdəlik” götürüblər.

Ötən həftə ABŞ Senatında keçirilən səsvermədə hər iki partiya İsveç və Finlandiyanın NATO üzvlüyünü dəstəkləyib. İsveç və Finlandiyanın üzvlüyünü təsdiqləyən NATO üzvlərinin sayı 23-ə yüksəlib.