Mühafizə rejimini pozan şəxs cəzalandırılıb

10 Avqust 2022 10:41 (UTC+04:00)

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın mühafizə rejimini pozan şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva SİA-ya bildirib ki, araşdırma zamanı qanun pozucusunun Masallı rayon Təzəkənd kənd sakini Cəbrayıl Abıyev olduğu müəyyən edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.