“Bizim məqsədimiz yaranan bəzi boşluqları aradan qaldırmaqdır” - KAMRAN ƏLİYEV

10 Avqust 2022 10:22 (UTC+04:00)

“Mediada gedən məlumatları diqqətlə izləyirik”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Baş prokuror Kamran Əliyev bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi dövründə media nümayəndələri qəhrəmanlıq göstəriblər: “Jurnalistlər Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırırdılar. Hamı Azərbaycan dövlətinə xidmət edir. Məqsədimiz ondan ibarətdir ki, bərabər şəraitdə bəzi yaranmış problemlərlə əlaqədar nəticələr əldə etmək üçün fikir mübadiləsi aparaq. Bizim məqsədimiz yaranan bəzi boşluqları aradan qaldırmaqdır.

Azərbaycan prokurorluğu dövlətin təhlükəsizliyinə və müdafiə qabiliyyətinə yönələn hərəkətlərlə bağlı qəti addımlar atıb və bundan sonra da atacaq. Biz qanun pozuntularına vaxtında müdaxilə etməliyik. Bəzi xəbərdarlıqlar sosial şəbəkə istifadəçiləri tərəfindən aqressiv qarşılanır”.

Arzu Qurbanlı