"Biz işğal əməliyyatı həyata keçirmirik, terrorla mübarizə aparırıq"

10 Avqust 2022 06:51 (UTC+04:00)

"Terror bölgələrindəki əməliyyatlarımızın heç biri işğal əməliyyatı deyil. Terrorçularla mübarizə aparırıq. Tək hədəfimiz terrorçulardır. Onlara qarşı mübarizəmizi davam etdiririk".

SİA-nın əldə etdiyi məlumata görə, bunu milli müdafiə naziri Hulusi Akar paytaxt Ankarada keçirilən XIII Səfirlər Konfransının ikinci günündə verdiyi açıqlamada deyib.

Nazir Akar İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində zərərsizləşdirilən terrorçuların sayının 311 olduğunu bildirib:

"İraqın şimalındakı ərazi çox kəskindir, əsgərlərimiz 83 dərəcə temperatur fərqi olan yerlərdə terrorla mübarizə aparır. Millətimizi terror bəlasından xilas etmək əzmindədir. "Pəncə-Kilid" əməliyyatı son halqadır. Bununla da 26 kilometrlik xətt tamamlanmış olacaq. Terrorçu hardadırsa hədəfimiz oradır. "Pəncə-Kilid" əməliyyatı bölgəsində zərərsizləşdirilən terrorçuların sayı 311 olub.

Bundan sonra nəyin bahasına olursa olsun terror dəhlizinə icazə verməyəcəyik. Harada terrorçu varsa, hədəfimizdir. Həmsöhbətlərimizdən vədlərini yerinə yetirmələrini gözləyirik.

Terrorçuların rejimin təzyiqi altında olan günahsız suriyalıların öz torpaqlarına təhlükəsiz qayıtması baxımından əməliyyatlarımızın əhəmiyyətini gördük” .

H.Akar Türkiyənin diplomatik addımları ilə həll olunan taxıl böhranından sonra Ukrayna limanlarından hərəkət edən gəmilərlə bağlı deyib:

"Müharibə var, amma bu humanitar məsələni həll etmək lazımdır. Birgə nəzarətlər aparılır. Çox yaxşı gedir. İndiyə qədər heç bir mina problemi olmayıb. Ümid edirik ki, taxılla bağlı həll prosesi sülh üçün də nümunə olsun".