"Turan Tovuz" klubu heyətini yeni futbolçu ilə gücləndirib

10 Avqust 2022 05:27 (UTC+04:00)

"Turan Tovuz" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki,Tovuz təmsilçisi kamerunlu hücumçu Runi Evanı transfer edib.

İyirmi altı yaşlı forvardla birillik müqavilə bağlanıb.

Qeyd edək ki, karyerasına vətənində "Apeje"də başlayan Eva Yunanıstanda "Veria", “Asteras”, “Trikala”, Əlcəzairdə “Algier”, “Əyn Emlila” klublarında forma geyinib. O, son olaraq Yunanıstan təmsilçisi “Apollon”un (Pontu) şərəfini qoruyub.