Tunis sahillərində miqrant qayığı batıb, 6 nəfər ölüb

10 Avqust 2022 04:57 (UTC+04:00)

Tunis sahillərində qeyri-qanuni miqrantların olduğu qayıq batıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə “Mosaique FM” radiostansiyası məlumat yayıb.

Gəmi Kerkenna adaları yaxınlığında batıb. Qayıqda ümumilikdə 30-a yaxın miqrant olub.

Hadisə yerinə gələn xilasedicilər 6 nəfərin meyitini sudan çıxarıblar. Ölənlərin qadın və uşaq olduğu deyilir.

Sahil Mühafizəsi qüvvələri 20 nəfəri xilas edə bilib. Onların hamısı Tunis vətəndaşlarıdır.

Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.