Qərb Rusiyadan kömür idxalını dayandırır...

10 Avqust 2022 03:46 (UTC+04:00)

...Avqustun 10-dan etibarən Böyük Britaniya və Avropa İttifaqı Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqədar tətbiq etdiyi sanksiyalar çərçivəsində Rusiya kömürünün idxalını dayandırır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Qeyd edək ki, Britaniya 2021-ci ildə ölkədəyə 48 faizi kömür idxal edib ki, bunun da 43 faizi Rusiya kömürünün payına düşüb. 2021-ci ildə Rusiya bu xammalın ümumi ixracının 21,8 faizini Avropa İttifaqı ölkələrinə tədarük edib.

Bundan əvvəl Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Erik Mamer bildirmişdi ki, Brüssel bütün Avropa İttifaqı ölkələrindən Rusiya Federasiyasından kömür idxalına qoyulan qadağaya əməl edəcəklərini gözləyir.

O xatırladıb ki, Rusiya kömürünün tədarükünə embarqo apreldə qəbul edilmiş beşinci sanksiyalar paketinə daxildir. Avqustun 10-da Rusiya kömürünün alınmasına icazə verilən keçid dövrü başa çatır. Avropa Komissiyası əmindir ki, bütün Avropa İttifaqı ölkələri bu məhdudiyyətə əməl edəcəklər.

Ağasəf Babayev