Azərbaycan İslamiadada üçüncü medalı qazandı

9 Avqust 2022 19:24 (UTC+04:00)

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, üçtəkanla tullanmada növündə mübarizə aparan Aleksis Kopello fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 3-cü medal olub. Daha əvvəl Anna Skidan çəkicatmada qızıl, taekvondoçu Həşim Məhəmmədov isə bürünc medala sahib çıxıb.