Zabuxda işğaldan sonra qanunsuz məskunlaşma aparılıb- Hikmət Hacıyev:

9 Avqust 2022 16:00 (UTC+04:00)

“Robert Silinin 1992-ci ilin mayında Laçının Zabux kəndinin Ermənistan tərəfindən qanunsuz işğalı, yandırılması və talan edilməsi haqqında “Times” qəzetində reportajı. İşğaldan sonra Yaxın Şərqdən ermənilərin köçürülməsi yolu ilə qanunsuz məskunlaşma aparılıb”.

SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

“Əlyazmalar yanmaz!”, - o əlavə edib.