Bipolyar affektiv pozuntu nədir? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

9 Avqust 2022 15:40 (UTC+04:00)

“Bipolyar affektiv pozuntu daha çox yeniyetmələrdə və yaşlı nəsildə görünür”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Leyla Fətəli bildirib.

Onun sözlərinə görə, pozuntu xəstənin əhval ruhiyyəsini, fəaliyyət səviyyəsini əhəmiyyətli dərəcədə pozur: “Bu zaman şəxs öz emosiyalarını idarə edə bilmir. Bəzi hallarda insan özünü narahat, yorğun, əzgin hiss edə bilir.

Bipolyar pozuntu eyni zamanda depressiv göstəricidir. İnsanın xarakteri, düşüncəsi, əhval-ruhiyyəsi bir anda dəyişə bilər. Yəni ölümdən danışan insan bir anda xoşbəxtlikdən danışa bilər və ya əksi də ola bilər.

Bəs bu pozuntunun əlamətləri nələrdir?

İnsan özünü çox enerjisiz hiss edir, unutqanlıq yaranır, heçnədən zövq ala bilmir, iştah pozuntusu yaranır, yaxud da daha çox yeyir, yorğun olur, ətrafdakı insanlardan uzaqlaşır. Bipolyar pozuntuda yaşanan emosional dəyişiklik periodik olaraq baş verir. Ən çox 12-24 yaş aralığındakı insanlarda başlayır və 45-50 yaş aralığında olan insanlarda rest gəlinə bilir”.