Şöbə rəisi canlı yayım üzərindən müraciətləri dinləyəcək

9 Avqust 2022 15:12 (UTC+04:00)

“Azəriqaz” İstehsalat Birliyinin məsul şəxslərinin “Facebook” səhifəsi üzərindən avqust ayının 10-da saat 15:00-da canlı yayımı planlaşdırılır. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, anlı yayım zamanı Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev və Yeni qazlaşma şöbəsinin rəis müavini İlham Mehbalıyev sizin müraciətlərinizi cavablandıracaqlar.