"Səfərdə yeni razılışmaların şahidi olacağıq” - POLİTOQ AÇIQLADI

9 Avqust 2022 14:56 (UTC+04:00)

“Azərbaycan və Türkiyə qardaşlığı bu gün özünü ən yüksək səviyyədə nümayiş etdirir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, dəfələrlə Azərbaycan və Türkiyə rəhbərləri bu iki dövlət üçün önəmli olan günlərdə qarşılıqlı səfərlər həyata keçirirlər: “Düşünürəm ki, xüsusilə son günlərdə iki ölkə arasındakı əlaqələrin inkişafı baxımından və Şuşa bəyannaməsindən bu yana iki dövlət arasında əlaqələrin dərinləşməsi, həm türk dövlətləri təşkilatı nəzdində, həm də ikitərəfli sazişlərdə Azərbaycan-Türkiyə əməkdaşlığının gələcək istiqamətləri müəyyən olub. Bu baxımdan Konya şəhərində keçirilən tədbirlərdə Azərbaycan dövlətinin başçısının iştirakı önəmlidir. Eyni zamanda cənab Ərdoğan da dəfələrlə Azərbaycanın müxtəlif şəhərlərində - Şuşada, Füzulidə keçirilən mühüm tədbirlərdə iştirak edib. İki ölkə qardaşlığnın dərinləşməsi təkcə siyasi sahədə deyil, həmçinin iqtisadi, mədəni və mənəvi sahədə həyata keçirilir. Hesab edirəm ki, bu səfər çərçivəsində hansısa bir yeni razılışmaların şahidi olacağıq”.